BAKI, 4 yanvar. TELEQRAF
Suriya ərazisində Fransa və Böyük Britaniya İŞİD terror təşkilatının infrastrukturuna zərbə endiriblər.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat ölkənin çətin keçilən bölgələrində fəaliyyət göstərən terror qruplaşmalarının döyüş potensialının bərpasının qarşısını almağa yönəlib.