BAKI, 10 dekabr. TELEQRAF
“İran hakimiyyəti qorxu yaratmaq və etiraz səslərini susdurmaq üçün edamlardan istifadə edir”.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.
Departament dünyanın İrandakı edamlara göz yuma bilməyəcəyini vurğulayıb.
“Birləşmiş Ştatlar azadlıq və ədalət mübarizəsində İran xalqının yanındadır və bu dəhşətli pozuntuları pisləməyə davam edəcək”, - bəyanatda deyilib.
ABŞ Dövlət Departamenti qeyd edib ki, təkcə noyabr ayında İranda azı 260 nəfəri edam edilib, bu da son 20 ildə bir ay üçün ən yüksək rəqəmdir. Bununla belə, Tehran rəsmi olaraq cəmi iki edam elan edib.