BAKI, 5 dekabr. TELEQRAF
“İranın ABŞ ilə danışıqlar aparmaq niyyəti yoxdur”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Fədah Hüseyn Maliki deyib.
“İran heç bir halda ABŞ-nin uranın zənginləşdirilməsindən imtina kimi tələblərini qəbul etməyəcək. Amerikalılar danışıqlara can atır, müxtəlif kanallarla mesajlar göndərirlər, amma İranın danışıqlar aparmaq niyyəti yoxdur”, - deputat bildirib.
Hüseyn Maliki əlavə edib ki, İsrail və ABŞ İranın İraq və Yəməndəki proksi qüvvələrinə hücum ehtimalı var.