BAKI, 13 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında görüş keçirilib.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş nazirinin Ofisi məlumat yayıb.
Bildirilib ki, görüşdə Netanyahu Trampa qızıldan hazırlanan sülh göyərçini verib.
Qeyd edək ki, Donald Tramp İsraildə səfərdədir.