BAKI, 11 oktyabr. TELEQRAF

Bu gün İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər regional vəziyyət, xüsusilə Qəzza və Fələstin üzrə son hadisələri müzakirə ediblər.

Həmçinin, telefon danışığı zamanı müsəlman ölkələrinin regionda sülh və sabitliyin təmin olunması istiqamətində birgə səyləri və yaxın zamanda Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək zirvə görüşünü müzakirə ediblər.