BAKI, 26 sentyabr. TELEQRAF
“İranın nüvə proqramı ilə bağlı vəziyyət diplomatik həll yolu ilə sabitləşdirilməlidir”.
Teleqraf xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Moskvada keçirilən Ümumdünya Atom Həftəsi çərçivəsində jurnalistlərə bildirib.
“İrana gəlincə, vəziyyəti sabitləşdirməyə kömək etməliyik, diplomatik həll yolu tapmalıyıq, bu, uzunmüddətli perspektivdə dayanıqlı olacaq yeganə yoldur”, - AEBA rəhbəri bildirib.