BAKI, 31 iyul. TELEQRAF

“Avropadan Qəzza zolağına gələn humanitar yardımları əvəzsiz hesab edirik”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Prioritetimiz Qəzzadakı qardaş və bacılarımıza humanitar yardım çatdırmaqdır. Humanitar cəbhə olaraq bu zülmə son qoymaq üçün səylə çalışırıq. Avropadan Qəzza zolağına gələn humanitar yardımları əvəzsiz hesab edirik. Bu yaxınlarda Fransa Prezidenti Makrona zəng edərək onu (Fələstin Dövlətini tanımaqla bağlı) cəsarətli qərarına görə təbrik etdim. Qəzzadakı qardaş və bacılarımıza tək olmadıqlarını hiss etdirəcəyik.

Hökumət olaraq Qəzza ilə bağlı siyasi polemika axtarmırıq. Məqsədimiz Qəzzadakı qardaş və bacılarımızın yaralarını sağaltmaqdır. Ölkəmizdəki bütün siyasi aktorların da bu məsələyə eyni həssaslıqla yanaşmalarını və nadan ritorikadan uzaqlaşmalarını gözləyirik”, - dövlət başçısı bildirib.