BAKI, 23 iyun. TELEQRAF

ABŞ-nin Suriya ərazisində yerləşən hərbi bazası hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

“Mənbələrimiz hədəfin Suriyanın qərbindəki Hasəkə əyalətindəki ABŞ hərbi bazası olduğunu göstərib”, - agentlik bildirib.

Çin mediası İranın Suriyadakı ABŞ hərbi bazasına hücum etdiyini iddia edib. Qeyd olunur ki, İran ABŞ-nin hərbi bazasına minaatanlarla hücum edib. Məlumata görə, ABŞ hərbçiləri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.