BAKI, 23 iyun. TELEQRAF
“İranın ABŞ-yə cavabı sərt, hədəfli, gözlənilməz olacaq və təcavüzkarı etdiklərinə görə peşman edəcək”.
Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin bəyanatında bildirilib.
Bəyanatda bildirilib ki, ABŞ İrana qarşı təcavüzünə qəti cavab verəcək.
“İranın bütün tarixi boyu ABŞ-nin cinayətlərinin şahidi olmuşuq. Hər dəfə onlar öz cinayətlərinə qəti cavablar alıblar. Bu dəfə də belə olacaq”.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə Prezident Donald Tramp ABŞ ordusunun İrandakı üç nüvə obyektini (Fordo, Natanz və İsfahan) uğurla məhv etdiyini açıqlayıb. O bildirib ki, Tehran münaqişəni dayandırmağa razı olmalıdır.
İsrail İranın nüvə proqramına yönəlmiş əməliyyat çərçivəsində iyunun 13-dən İrana gündəlik zərbələr endirir.