BAKI, 21 iyun. TELEQRAF

“Rusiya İranı dinc nüvə enerjisinin inkişafında dəstəkləməyə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“İranın dinc məqsədlər üçün nüvə texnologiyalarından istifadə proqramları hüququ var. Rusiya dinc nüvə enerjisinin inkişafında İrana əvvəlki illərdə olduğu kimi lazımi yardım və dəstəyi göstərməyə hazırdır”, - prezident bildirib.