BAKI, 14 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına səfəri başa çatıb.

Teleqraf xəbər verir kİ, bu barədə “Al Arabiya” məlumat yayıb.

İki gün davam edən rəsmi səfər zamanı mühüm sazişlər imzalanıb və vacib görüşlər keçirilib. Səfər çərçivəsində Tramp Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanla görüşərək ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edib.

ABŞ Prezidentinin növbəti dayanacaqları Qətər və Birləşmiş Ərəb Əmirlikləri olacaq. Bu ölkələrdə də regional əməkdaşlıq, təhlükəsizlik və iqtisadi inkişafla bağlı danışıqlar aparılması gözlənilir.