BAKI, 14 may. TELEQRAF

Vaşinqton və Ər-Riyad Qəzza zolağında müharibəni dayandırmaq və bütün girovları azad etmək barədə razılığa gəlib.

Teleqraf xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı xarici işlər naziri şahzadə Fəysal bin Fərhan Ər-Riyadda ABŞ-Körfəz sammitinin yekununda keçirilən mətbuat konfransında bildirib.

“Yardım heç bir məhdudiyyət və şərt olmadan Qəzza zolağına daxil olmalıdır. Atəşkəs olmadan yardım çatdırmaq çətin olacaq”, - nazir vurğulayıb.