BAKI, 14 may. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı, Suriya və ABŞ liderləri ilə son görüşü barədə açıqlama verib.

Teleqraf xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı bildirib.

“Donald Tramp, Əhməd Şaraa və Məhəmməd bin Salmanla görüşdüm. Regional sülhü gücləndirməkdən danışdıq. Türkiyə bu sahədə müstəsna mövqedədir. Regional sülh və sabitlik üçün atdığımız addımlarda hər kəsin dəstəyini ala bilirik. Unutmayın, “dost acı həqiqəti deyir” prinsipinə əsaslanaraq həmişə həqiqəti söyləmişik. Biz heç vaxt nə məzlumun, nə də zalımın kimliyinə baxmışıq. Ocağa benzin tökən yox, onu söndürən olmuşuq. Regionda sülh və sabitlikdən başqa məqsədimiz yoxdur.

Mən bir daha ABŞ Prezidenti, dostum Donald Trampa Suriyaya qarşı sanksiyaları ləğv edəcəyini elan etdiyinə görə təşəkkür etmək istəyirəm”, - Ərdoğan bildirib.

Xatırladaq ki, mayın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, Baş nazir Məhəmməd bin Salman və Suriya Prezidenti Əhməd Şaraa arasında onlayn formatda görüş keçirilib.