BAKI, 18 aprel. TELEQRAF

İsrailin strateji işlər naziri Ron Dermer və Mossad (kəşfiyyat xidməti) direktoru David Barnea bu gün Parisdə ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşəcək.

Teleqraf xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.

Görüş Uitkoffun şənbə günü Romada İran nümayəndə heyəti ilə keçirəcəyi nüvə danışıqlarının ikinci sessiyası fonunda planlaşdırılıb.

Sabah İtaliyanın paytaxtında keçiriləcək ABŞ-İran danışıqlarına Oman vasitəçilik edəcək. Tərəflər arasında ilk görüş aprelin 12-də Omanda keçirilmişdi.