BAKI, 17 aprel. TELEQRAF

"İran və ABŞ yeni razılaşmanı təmin etmək üçün vaxt itirir".

Teleqraf xəbər verir ki, bunu Tehranda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi İranın Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd İslami ilə görüşündə deyib.

“Bu mühüm danışıqların çox mühüm mərhələsindəyik. Çox vaxtımız yoxdur, ona görə də mən bu prosesi asanlaşdırmaq üçün buradayam”, - AEBA rəhbəri bildirib.

Qrossi yeni müqavilənin əldə edilməsinin asan proses olmadığını etiraf edib:

“Çox çalışırıq və müsbət nəticələr əldə etmək istəyirik”.

Xatırladaq ki, ABŞ-İran danışıqlarının növbəti raundu şənbə günü Omanın vasitəçiliyi ilə İtaliyada (Roma) keçiriləcək.