Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun İ.İsmayılov küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Azər Zeynalov münaqişə zəminində 1980-ci il təvəllüdlü Elnur Göyüşovu bıçaqlayıb. Elnur Göyüşov xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən Azər Zeynalov həbs edilib. Onun əvvəllərdə məhkum olunduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov