BAKI, 16 mart. TELEQRAF

Xuan Laporta yenidən İspaniyanın "Barselona" klubunun prezidenti seçilib.

Teleqraf Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, martın 15-də keçirilən seçkilərdə 63 yaşlı funksioner böyük üstünlüklə qələbə qazanıb.

Səsvermənin nəticələrinə əsasən, Laporta 68,18% səs toplayaraq rəqibi Viktor Fontu (29,78%) geridə qoyub. Seçicilərin 2,04%-i isə heç bir namizədə səs verməyib. Bu qələbə ilə Laporta 2031-ci ilə qədər "Barselona"ya rəhbərlik edəcək.

Qeyd edək ki, o, daha əvvəl 2003-2010-cu illərdə və 2021-2026-cı illərdə də İspaniya nəhənginin prezidenti postunu tutub.