BAKI, 16 mart. TELEQRAF
Azərbaycandan Həcc ziyarəti üçün müəyyən edilən kvotanın 90%-i artıq tamamlanıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, 10% yer qalıb, kvota dolmaq üzrədir, vətəndaşlar tələssinlər.
Qeyd edək ki, Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.