BAKI, 16 mart. TELEQRAF
AzTV-nin strukturunda fəaliyyət göstərən “Beynəlxalq” radionun sabiq direktor müavini Bahadur Nəsirovun vəfat səbəbi açıqlanıb.
Bahadur Nəsirovun yaxını Vüsal Hacıyev Teleqraf-a açıqlamasında bildirib ki, mərhum infarkt keçirərək vəfat edib.
“Heç vaxt ürəklə bağlı şikayəti olmayıb. Qəflətən gecə infarkt keçirərək dünyasını dəyişib. Bu gün Şağanda, Mərdəkan qəbiristanlığında dəfn olunacaq”, - deyə V.Hacıyev əlavə edib.
Qeyd edək ki, Bahadur Nəsirovun bir azyaşlı övladı var.