BAKI, 16 mart. TELEQRAF
Ali təhsil müəssisələrinə qəbul imtahanının (II mərhələ, I cəhd) tarixi açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, II və III ixtisas qrupları üzrə imtahanlar mayın 24-ü, I və IV qrupları üzrə iyunun 7-si olacaq.
Coğrafiya fənni üzrə əlavə imtahan da iyunun 7-də baş tutacaq.
Qeyd edək ki, imtahanlara qeydiyyat 16-29 aprel tarixlərində gerçəkləşəcək.