BAKI, 16 mart. TELEQRAF

İranın sonuncu şahının oğlu Rza Pəhləvi dünyanın hər yerindəki iranlıları Novruz bayramından əvvəl etiraz aksiyaları keçirməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, sosil mediada bildirib.

Rza Pəhləvi İranın hazırkı rejimi devrilənədək xalqın rahat olmayacağını deyib.

“Xaricdəki bütün iranlıları rejimin dünyadakı səfirliklərinin qarşısında toplaşmağa və bir səslə qışqırmağa çağırıram: İran azad olunana və İslam Respublikası tarixə qovuşana qədər İran xalqı rahatlıq tapmayacaq”, - o qeyd edib.