Bakının Nəsimi rayonu ərazisində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayonu ərazisindəki qazanxanalardan birindən pəncərədən girmək yolu ilə orada işləyən Anar Əliyevə məxsus 2 ədəd mobil telefon oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Abbasov tutulub.

Hacı Zeynalov