BAKI, 18 mart. TELEQRAF

İranın Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki neft və qaz obyektlərinə hücum barədə xəbərdarlıq etməsindən sonra bir neçə neft şirkəti Fars körfəzi bölgəsindəki obyektlərdən işçilərini təxliyə etməyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" m\lumat yayıb.

"Saudi Aramco" şirkəti isə ehtiyat tədbiri olaraq Əl-Cübeyldəki neft emalı zavodundan işçilər çıxarır.

18:45

İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) yaxın saatlarda Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdəki neft və qaz obyektlərinə hücum etmək niyyətində olduqlarını açıqlayıb.

Teleqraf xəbər verir ki, İran dövlət televiziyası bu barədə məlumat yayıb.

Bildirilir ki, bu obyektlər yaxın saatlarda hərbi zərbələrə məruz qalacaq:

"Zərbələr Səudiyyə Ərəbistanındakı "Cübeyl" neft emalı zavoduna, BƏƏ-dəki "Əl-Hüsn" qaz yatağına, eləcə də "Ras Laffan" neft emalı zavoduna və Qətərin Mesaid şəhərindəki "Chevron" ilə əlaqəli neft-kimya kompleksinə endiriləcək".

Qeyd edək ki, İran tərəfi obyektlərə yaxın ərazilərdəki bütün personal və yerli sakinlərin təxliyə olunmasını istəyib.