BAKI, 18 mart. TELEQRAF

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens yaxın günlərdə Macarıstana səfər etməyi planlaşdırır.

Teleqraf xəbər verir bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Səfərin məqsədinin Macarıstan parlamentinə seçkilərdə Baş nazir Viktor Orbana Ağ Evin dəstəyini nümayiş etdirməkdir.

Mənbələrəgörə, rəsminin səfərinin dəqiq tarixləri hələlik məlum deyil. ABŞ-nin İrandakı hərbi əməliyyatı səbəbindən vəziyyət dəyişə bilər.

Qeyd edək ki, Macarıstanda parlament seçkiləri aprelin 12-də keçiriləcək.