BAKI, 18 mart. TELEQRAF

NATO ölkələri Hörmüz boğazının açılması ilə bağlı məsləhətləşmələr aparır.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Norveçə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Biz məsləhətləşmələr aparırıq. NATO ölkələri Hörmüz boğazının necə açılacağını kollektiv şəkildə müzakirə edirlər", - deyə Rutte bildirib.

O, NATO ölkələrinin münaqişə zonasına gəmi göndərib-göndərməyəcəyini açıqlamayıb.