Bakının Yasamal rayonunda ruhi xəstə itkin düşüb.

Teleqraf.com xəbər verir ki, A.Ağayev küçəsi, ev 31-də yaşayan 1997-ci il təvəllüdlü Xədicə Bayram qızı Əzizli yoxa çıxıb.

Xədicə Əzizli noyabrın 23-də, saat 19.00-da evdən gedib və geri qayıtmayıb. Onun valideynləri itkin düşməsi ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə müraciət ediblər.

Bildiriblər ki, Xədicə Əzizli həm ruhi xəstə, həm də lal-kardır.

Hacı Zeynalov