BAKI, 30 aprel. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Mürəkkəb relyefli ərazilərdə axtarış-xilasetmə işləri zamanı fəaliyyətin təşkili” mövzusunda təlim keçirib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən dağlıq-meşəlik ərazilərdə köməksiz vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti olaraq meşə massivində xəsarət alaraq köməksiz vəziyyətdə qalmış vətəndaşı xüsusi xilasetmə vasitələri ilə “xilas edərək” təhlükəsiz əraziyə təxliyə ediblər.
Sonda təlimin nəticələrinin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.