BAKI, 30 aprel. TELEQRAF

İspaniya təmsilçisi “Real Madrid”in və Fransa millisinin futbolçusu Kilian Mbappenin yaşıl meydanlara qayıdacağı tarix bəlli olub.

Teleqraf “Le Parisien”ə istinadən xəbər verir ki, sol ayağının yarımvətər əzələsindən zədələnən 26 yaşlı hücumçu iki həftə sonra komandaya qoşulacaq.

Bununla belə, Mbappe mayın 10-da keçiriləcək “Barselona” ilə “El Klasiko”da Madrid təmsilçisinə kömək edə bilməyəcək. Onun mayın 24-də La Liqanın son turunda “Santyaqo Bernabeu”da “Atletik Bilbao”ya qarşı keçiriləcək oyunda meydanada olması gözlənilir.

Qeyd edək ki, Mbappe cari mövsümdə La Liqada 28 oyunda 24 qol vurub və 4 məhsuldar ötürmə edib.