Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlisultan Osmanovun sədrlik etdiyi qapalı prosesdə vəkil Fuad Ağayev vəsatətlə çıxış edib. Vəsatətlərin heç biri təmin edilməyib.
Daha sonra prokuror ittiham aktını elan edib. İttiham üzrə özünü təqsirli bilməyən Rauf Mirqədirov ifadə verib. Proses qapalı keçirildiyindən Rauf Mirqədirovun ifadəsi haqqında məlumat verilməyib.
Proses günün ikinci yarısında şahid ifadələri ilə davam edəcək.
Qeyd edək ki, Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
Hacı Zeynalov