Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb.
1960-cı il təvəllüdlü Vəli Rüstəmov idarə etdiyi “Chery M-Grand” markalı avtomobillə 1979-cu il təvəllüdlü Aynurə Rəhimovanı və qızı 1997-ci il təvəllüdlü Zəhra Nizaməddin qızını vurub.
Zəhra hadisə yerində ölüb, A.Rəhimova isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hacı Zeynalov