Bakının Xətai rayonunda yaşayış evində partlayış olub.

Teleqraf.com xəbər verir ki, hadisə Azadlıq küçəsində qeydə alınıb.

Firəngiz Əsgərovanın evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Evin yanar konstruksiyaları yanıb, yanıq xəsarəti almış F.Əsgərova və qızı Fəridə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov