Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Goran qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Sumay Əhmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yük avtomobilinə dəyərək yolun kənarına aşıb.

Qəza zamanı sürücü və onun sərnişini, 1983-cü il təvəllüdlü Fuad Məhərrəmov Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hacı Zeynalov