Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Asif Süleymanov özünü yaşadığı evdə özünü asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.
Asif Süleymanov lisey şagirdi olub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov