Astara sakini su üçün qazılan xəndəyə düşərək ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata əsasən, avqustun 7-nə keçən gecə Astara rayonunun Maşaxan kəndində rayon sakini Ziya Əsgərov ehtiyatsızlığı nəticəsində içməli su xəttinin çəkilməsi üçün qazılan xəndəyə düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.