BAKI, 9 iyul. TELEQRAF

Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzdə doğuş zamanı ana ölümü ilə bağlı araşdırma başlayıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Baş Prokurorluğunun Mətbuat xidmətindən bildiriilib.

Məlumata görə, iyulun 7-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasına “40 həftəlik hamiləlik köndələn vəziyyətdə iri döl diaqnozu” ilə yerləşdirilmiş İmişli rayon sakini 1992-ci il təvəllüdlü Şəbnəm Kazımovanın iyulun 8-də doğuşdan sonra keçirilmiş əməliyyat zamanı ölməsi faktı üzrə Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.