GƏDƏBƏY, 28 iyun. TELEQRAF

Gədəbəy rayonunda "İsuzu" markalı maşın "VAZ" markalı avtomobillə toqquşub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, qəza nəticəsində Novosaratovka kənd sakini, 1980-ci il təvəllüdlü Əlviz Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, ilk olaraq Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə yerləşən tibb müəssisəsinə aparılıb.

Hazırda xəsarət alan şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.