
BAKI, 23 iyun. TELEQRAF
Gəncə şəhərində avtomobil işıqfora çırpılıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin N.Nərimanov prospekti ilə Bəxtiyar Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Qəza zamanı avtomobilə ciddi ziyan dəyib, işıqfor tamamilə yararsız vəziyyətə düşüb.
Hadisədən sonra ərazidə işıqforunun işləməməsi avtomobillərin hərəkətində ciddi çətinliklər yaradıb.