
BAKI, 18 may. TELEQRAF
Meksika gəmisinin körpüyə dəyməsi nəticəsində 277 ekipaj üzvündən 19 nəfəri xəsarət alıb.
Teleqraf xəbər verir ki, yaralıların dördünün vəziyyəti ağırdır.
Bu barədə Nyu-York meri açıqlama verib.
***
06.15
Meksika bayrağı altında üzən gəmi Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb.
Teleqraf sosial şəbəkələrə istinadən xəbər verir ki, hadisədən zərərçəkənlər var.
Meksika Hərbi Dəniz Qüvvələrinin gəmisinin həddən artıq hündür yelkənləri tikiliyə dəyib və onlardan birinin dirəyi qırılaraq göyərtəyə düşüb.
Bir neçə ekipaj üzvü ağır yaralanıb. Təyyarədə 200-dən çox sərnişin olub və hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.
Meksika gəmisi çərşənbə axşamı bayram səfəri üçün Nyu-Yorka gəlib. Gələn yay ABŞ-nin yaranmasının 250-ci ildönümü münasibətilə Nyu-York Limanında yelkənli gəmilərin beynəlxalq paradı planlaşdırılır. Paradda həmin gəmi də iştirak etməli idi.