MİNGƏÇEVİR, 8 may. TELEQRAF

Mingəçevir şəhərində qadının döyülməsinin təfərrüatları məlum olub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, döyüldüyünü iddia edən Yefsfanfova Marina Anatolyevna əslində içki aludəçisidir.

O, sərxoş olan zaman yıxılıb və yüngül xəsarət alıb. Xəstəxanaya yerləşdirilən qadına döş qəfəsinin səthi travması diqnozu qoyulub.

Yefsfanfova Marina Anatolyevna burada həqiqəti gizlədib və döyüldüyünü iddia edib. O, artıq evə buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf-a bildirilib ki, Mingəçevir şəhərində qadının döyülməsi ilə bağlı iddialar araşdırılıb. Onun üzərində döyülməyə xarakterik hər hansısa bir xəsarət izləri aşkarlanmayıb. Həmçinin ərazi polis orqanına da döyülmə barədə həmin qadın və yaxınları tərəfindən müraciət daxil olmayıb.

***

08:45

Mingəçevir şəhərində 49 yaşlı qadın küçədə döyülüb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, hadisə çimərlik yolu ərazisində baş verib.

1976-cı il təvəllüdlü Yefsfanfova Marina Anatolyevna hələlik məlum olmayan səbəbdən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qadına xəsarət yetirənlər onu küçədə köməksiz vəziyyətdə qoyaraq gediblər.

Xəstəxanaya çatdırılan zərərçəkmişin sözlərinə görə, onu Nataşa adlı qadın və yanındakı tanımadığı oğlan döyüb.

Faktla bağlı araşdırma aparılır.