MASALLI, 1 may. TELEQRAF

Masallı rayonunda məktəblilər arasında insident olub.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Şərəfə kənd tam orta məktəbində qeydə alınıb.

Məlumata əsasən, məktəbdə təhsil alan bir neçə qız şagird kənd sakini, 2009-cu il təvəllüdlü məktəbli qızı döyərək ona xəsarətlər yetiriblər. Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkən 2009-cu il təvəllüdlü qızın sol bud və kürək nahiyəsində zədələr aşkarlanıb. Ona lazımi tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.