MİNGƏÇEVİR, 28 aprel. TELEQRAF
Mingəçevirdə 29 yaşlı qadının bədəninə bıçaq batıb.
Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin Gəncə şossesinə bitişik ərazidə baş verib.
Belə ki, 1996-cı il təvəllüdlü Hüseynova Çinarə Hilal qızı qarın nayihəsindən bıçaq yarası alıb.
Xəstəxanaya çatdırılan qadına çevik tibbi müdaxilə nəticəsində onun vəziyyəti nəzarət götürülüb.
Xəsarət alan qadının verdiyi məlumata görə, yıxıldığı zaman bıçaq əlindən düşərək bədəninə batıb.
Faktla bağlı araşdırma aparılır.