Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bu barədə Teleqraf-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Araşdırma DİN-in nəzarətinə götürülüb.
***
20:58
Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib.
O deyib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarış aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.
Hazırda onların qaçma səbəbləri və digər təfərrüatı araşdırılır.
Xatırladaq ki, bir-biri ilə qohum olan qızlar 16 aprel, saat 20 radələrində yaşadıqları ünvandan çıxıb və bir daha geri dönməyiblər.