GƏNCƏ, 22 aprel. TELEQRAF

Gəncə şəhərində baş verən dava zamanı bir nəfər bıçaqlanıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisədə 1995-ci il təvəllüdlü Əli Ələkbərov bıçaqlanıb.

Otuz yaşlı şəxs Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Hadisə ilə bağlı araşdırma başlanılıb.