GƏNCƏ, 20 aprel. TELEQRAF

Gəncədə qadın qonşusu tərəfindən döyülüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. 1960-cı il təvəllüdlü Şəfəqqət Ağayeva döyülmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti kafidir. İlkin məlumata görə, 65 yaşlı qadını qonşusu döyüb.

Faktla bağlı araşdırma başlanılıb.