BAKI, 19 aprel. TELEQRAF

Şəmkir sakini həmyerlisini bıçaqlayıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1986-cı il təvəllüdlü Namiq Hüseynov münaqişə zəminində, həmyerlisi Qapanlı kənd sakini, 1969-cu il təvəllüdlü Xaliq İsmayılova bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.