GÖYGÖL, 18 aprel. TELEQRAF

Göygöldə faciə ilə nəticələnən yol qəzası olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Çaylı kəndində baş verib.

İlkin məlumata görə, sürücü Əlsəgər Paşayev idarə etdiyi "Mecdeses" markalı avtomobili aşırıb.

Nəticədə 17 yaşlı Ömər İsmayılov həyatını itirib.

Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunubş

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma başlanılıb.