BAKI, 18 aprel. TELEQRAF

Belizdə göyərtəsində 14 nəfərin olduğu yüngül mühərrikli təyyarənin qaçırılmasına cəhd edən ABŞ vətəndaşı öldürülüb.

Teleqraf xəbər verir ki, bu barədə “Breaking Belize News” portalı məlumat yayıb .

Məlumata görə, 49 yaşlı Akinela Sava Taylor bıçaqla silahlanaraq təyyarəni qaçırmağa cəhd edib. Hadisə “Tropic Air” şirkətinin məxsus sərnişin təyyarəsi havada olanda baş verib.

Pilot dispetçerlərlə əlaqə saxlayıb, təyyarə təcili eniş edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları enişdən dərhal sonra təyyarəyə miniblər. Teylor polisə müqavimət göstərib və hadisə yerində güllələnib.