
BAKI, 17 aprel. TELEQRAF
Bakıda intihar hadisəsi baş verib.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə aprelin 16-da paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.
1982-ci il təvəllüdlü Natiq Əzimov yaşadığı evin həyətində özünü asıb. Onun meyitini yaxınları aşkarlayıb.
Hadisənin səbəbi hələ məlum deyil.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.