MİNGƏÇEVİR, 5 aprel. TELEQRAF

Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Kür çayı üzərindəki nəqliyyat körpüsündə baş verib.

İkisi "Mersedes" markalı maşın olmaqla, 3 minik avtomobili bir-birinə çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə zərər dəyib və körpü üzərində nəqliyyatın normal hərəkətində qısa müddətli tıxac yaşanıb.

Faktla bağlı araşdlrma aparılır.