BAKI, 30 mart. TELEQRAF

Bakının Səbail rayonunda, A.Abbaszadə küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.

Teleqraf xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış yerinə gediblər.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onsəkkizmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 126kv.m. olan üçotaqlı mənzilin mətbəx mebeli 5p.m. sahədə yanıb.

Mənzil və yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.